Bank Of Baku

Venesuelada Çavesə qarşı etiraz aksiyası zamanı polislə qarşıdurma olub

Venesuelada Çavesə qarşı etiraz aksiyası zamanı polislə qarşıdurma olub
# 05 fevral 2010 02:35 (UTC +04:00)
Bakı – APA. Uqo Çavesin tərəfdarlarının onun hakimiyyətə gəlməsnin 18-ci ildönümünü qeyd etdkiləri bir arada, Venesuela polisi yüzlərlə tələbənin qatıldığı, hökumətə qarşı təşkil olunan etiraz aksiyası zamanı gözyaşardıcı qazdan və plastik güllələrdən istifadə edib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Karakas polis rəisi Karlos Meza tələbələrin bu etiraz aksiyasının icazəli olmadığını bildirib. Bu aksiyaya icazənin verilməməsinin əsas səbəbi isə etirazçıların həmin gün Uqo Çavesin tərəfdarları ilə mümkün ola biləcək qarşıdurma təhlükəsi olub.

Qeyd edək ki, tələbələr polisə etiraz əlaməti olaraq, “biz tələbəyik, dövlət çevrilişi etmək istəyən vətəndaşlar deyilik” şüarını səsləndiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR