Bank Of Baku

Kaliforniya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb

Kaliforniya sahillərində 6 bal gücündə zəlzələ qeydə alınıb
# 05 fevral 2010 03:43 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın Kaliforniya ştatının sahilləri yaxınlığında 6 bal gücündə zəlzələ baş verib. APA-nın məlumatına görə, bu barədə ABŞ Geoloji xidməti xəbər verib.

Amerika seysmoloqlarının məlumatına görə, yeraltı təkanların episentri Kaliforniyanın şimalındakı Petroliya şəhərindən 56 kilometr şimal-qərbdə 11,2 kilometr dərinlikdə olub.

Şahidlərin sözlərinə görə, yeraltı təkanlar episentrdən 440 kilometr aralıda yerləşən San-Fransisko şəhərində də hiss edilib.

Dağıntı və sunami yaranması təhlükəsi barədə məlumat verilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR