Bank Of Baku

Klinton İrana qarşı sanksiyaların müzakirəsinə başlamağı təklif edir

Klinton İrana qarşı sanksiyaların müzakirəsinə başlamağı təklif edir
# 05 fevral 2010 19:10 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın dövlət katibi Hillari Klinton hesab edir ki, İrana qarşı yeni sanksiyaların müzakirəsinin vaxtı çatıb. APA-nın İnterfaks-a istinadən verdiyi məlumata görə, bu barədə dövlət katibi cümə günü Vaşinqtonda keçirdiyi mətbuat konfransında bildirib.

«Biz vicdanla hərəkət edərək iranlılarla diplomatik razılığa gəlməyə çalışdıq və mən hesab edirəm ki, bu ölkəyə təzyiq göstərmək üçün hansı vasitələrin, hansı sanksiyaların tətbiq edilməsi məsələsinin müzakirəsinin vaxtı yetişib», - deyə H.Klinton bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR