Bank Of Baku

Vaşinqtona rekord həcmdə qar yağıb

Vaşinqtona rekord həcmdə qar yağıb
# 06 fevral 2010 08:15 (UTC +04:00)
Bakı – APA. Cümə günü yağan güclü qar Vaşinqtonda avtomobil və hava nəqliyyatının fəaliyyətini iflic edib.

APA-nın “Associated Press”ə istinadən məlumatına görə, qarın şənbə günü axşamadək yağacağı gözlənilir. Bu müddətdə qar örtüyünün qalınlığı 70 sm-ə çatacaq ki, bu da bütün müşahidələr tarixi ərzində rekord göstərici sayılır.

Sinoptiklər meteoşərtlərin daha da pisləşəcəyini, küləyin getdikcə güclənəcəyini proqnozlaşdırırlar.

Hakimiyyət orqanları vətəndaşları zərurət olmadığı halda evlərindən bayıra çıxmamağa çağırıb. Bölgədə aeroportlar bağlanıb, qatarların hərəkəti dayandırılıb, yol xidmətləri isə avtomobil yollarını qardan təmizləməkdə çətinlik çəkirlər.

Maraqlıdır ki, sinoptiklərin qar yağacağı barədə xəbərdarlığından sonra Vaşinqton sakinləri kütləvi şəkildə ərzaq mağazalarına axın ediblər. Artıq mağazalarda bel də tapılmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR