Bank Of Baku

Meksikada barda atışma nəticəsində 6 nəfər həlak olub

Meksikada barda atışma nəticəsində 6 nəfər həlak olub
# 07 fevral 2010 02:40 (UTC +04:00)
Bakı – APA. Meksikanın kurort şəhəri olan Masatlandakı barların birində naməlum silahlı şəxslər insanlara avtomatdan atəş açıblar. Meksika Baş prokurorluğunun nümayəndəsi Martin Qastelum silahlı insident zamanı 6 nəfərin həlak olduğunu bildirib.

Hüquq-mühafizə orqanlarının verdiyi məlumata görə, silahlı basqında 3 nəfər iştirak edib və onların hamısı hadisə yerindən qaçmağa müvəffəq olublar.

Qeyd edək ki, Masatlan kurort şəhəri narkotik maddələr satışı ilə məşğul olan Meksika mafioz qruplarının məskunlaşdığı Sinaloa ştatında yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR