Bank Of Baku

ABŞ-ın Xəzər regionundakı siyasəti Vaşinqtonda müzakirə olunacaq

ABŞ-ın Xəzər regionundakı siyasəti Vaşinqtonda müzakirə olunacaq
# 09 fevral 2010 04:33 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, ABŞ-ın bir sıra tanınmış ekspertləri, habelə Xəzər bölgəsi ilə əlaqəsi olan keçmiş rəsmi şəxslər bir araya gələrək, ABŞ-ın Xəzər dənizi bölgəsindəki prioritetləri və cari məsələləri müzakirə edəcəklər.

Müzakirələr fevralın 11-də Con Hopkins Universitetinin Qabaqcıl Beynəlxalq Araşdırmalar fakültəsində təşkil olunacaq.

Tədbirdə Haifa Universiteti Siyasi Elmlər Fakültəsinin professoru Brenda Şaffer, ABŞ-ın Avropa Birliyindəki keçmiş səfiri J. Boyden Qrey, Atlantik Şura yanında Avrasiya Enerji Mərkəzinin direktor köməkçisi Aleksandros Petersen və Mərkəzi Asiya–Qafqaz İnstitutunun direktoru, tədqiqatçı Svante Kornel iştirak edəcəklər.

Tədbir təşkilatçıları APA-ya bildiriblər ki, hal-hazırda ABŞ analitiklərini bir sual maraqlandırır: “ABŞ-ın Xəzər bölgəsinə dair siyasəti varmı?”

Təşkilatçıların sözlərinə görə, ABŞ-ın əsas diqqəti Nabucco ətrafında olan suallar və enerji təhlükəsizliyi məsələləri üzərində cəmləşdirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR