Bank Of Baku

ABŞ dövlət katibi Klinton Qətər və Səudiyyə Ərəbistanına gedəcək

ABŞ dövlət katibi Klinton Qətər və Səudiyyə Ərəbistanına gedəcək
# 10 fevral 2010 04:29 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton fevralın 13-16-da Qətər və Səudiyyə Ərəbistanında olacaq. APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə dövlət katibinin müavini Filip Krouli bildirib.

«Qətərdə fevralın 14-də dövlət katibi əmir Həmad ben-Xəlifə əl-Tani, həmçinin baş nazir və xarici işlər naziri Həmad ben-Yassim əl-Taniylə görüşəcək. Klinton fevralın 14-ü axşam Qətər rəsmilərinin təşkil etdiyi ABŞ - İslam dünyası forumunda da çıxış edəcək. Fevralın 15-16-da həyata keçiriləcək Səudiyyə Ərəbistanı səfərində Klinton kral Abdulla ben-Əbdül Əziz əl-Səud və XİN başçısı şahzadə Səud əl-Feysəllə görüşəcək», deyə Krouli əlavə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR