Bank Of Baku

Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı dəqiq məlum deyil

Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı dəqiq məlum deyil
# 10 fevral 2010 23:58 (UTC +04:00)
Bakı-APA. Haitinin hakimiyyət orqanları baş vermiş zəlzələ nəticəsində həlak olmuş insanların sayı barədə müxtəlif məlumatlar açıqlayırlar.

APA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə, ölkə prezidenti Rene Preval qardaşlıq məzarlıqlarında 270 min nəfərin dəfn olduğunu bildirib.

Lakin dövlət başçısının açıqlamasından dərhal sonra ölkənin İnformasiya Nazirliyi məzarlıqlarda 170 min nəfərin dəfn olunması barədə məlumat yayıb

Nazirliyin məlumatında deyilir k, prezidentin açıqladığı məlumatda çap səhvinə yol verilib.

Onu da qeyd edək ki, elə həmin nazirliyin 9 fevral tarixli məlumatında təbii fəlakət nəticəsində 230 min nəfərin həlak olduğu bildirilirdi.

Məlumatlar arasındakı ziddiyyəti hakimiyyət orqanları hələ ki, heç cür izah edə bilmirlər.

Xatırladaq ki, yanvarın 12-də Haitidə 7 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində ölkənin paytaxtı Port-o-Prens şəhəri tamamilə dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR