Bank Of Baku

SSRİ-yə qarşı müharibə aparan əfqan mücahidlərinə yardım etmiş ABŞ konqresmeni vəfat edib

SSRİ-yə qarşı müharibə aparan əfqan mücahidlərinə yardım etmiş ABŞ konqresmeni vəfat edib
# 11 fevral 2010 01:22 (UTC +04:00)
Bakı-APA. ABŞ-ın keçmiş konqresmeni, 1980-ci illərdə sovet qoşunlarına qarşı döyüşən əfqan mücahidlərinə maliyyə yardımı göstərilməsi ideyasını dəstəkləmiş Çarli Vilson vəfat edib.

APA-nın İNTERFAKS-a istinadən verdiyi məlumata görə, Demokratlar Partiyasının üzvü, Texas ştatını təmsil edən Ç.Vilson 76 yaşında vəfat edib.

Qeyd edək ki, bu konqresmenin Nümayəndələr Palatasının Assiqnasiyalar üzrə Komitəsində səyləri nəticəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi sonradan əfqan mücahidlərinə ötürülən külli miqdarda maliyyə yardımları alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR