Bank Of Baku

Obama Yanukoviçi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib

Obama Yanukoviçi seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib
# 11 fevral 2010 20:57 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama Viktor Yanukoviçi Ukraynada keçirilmiş prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib. APA-nın məlumatına görə, bu barədə xəbər Ukrayna Regionlar Partiyasının liderinin saytında yerləşdirilib.

Yanukoviçlə telefon söhbətində Obama Ukraynada demokratiyanın inkişafını yüksək qiymətləndirib.

Öz növbəsində Yanukoviç iki ölkə arasında münasibətlərin etimad və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Artıq Yanukoviçi qələbə münasibətilə Avropa İttifaqı, Gürcüstan, Fransa, Rusiya, Latviya, Estoniya prezidentləri və Türkiyənin baş naziri təbrik ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR