Bank Of Baku

Rio-de-Janeyroda atışma nəticəsində 8 nəfər həlak olub

Rio-de-Janeyroda atışma nəticəsində 8 nəfər həlak olub
# 12 fevral 2010 01:20 (UTC +04:00)
Bakı – APA. Rio-de-Janeyro şəhərində keçiriləcək karnaval ərəfəsində baş vermiş atışma narkotik maddələr alverində şübhəli bilinən 7 nəfərin və 1 polisin həyatına son qoyub.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, atışma polisin Rio-de-Janeyro şəhərinin Jakarezinyo adlı rayonunda keçirdiyi yoxlama zamanı başlayıb. Jakarezinyo rayonu Rio-de-Janeyronun şimalında yerləşir və hər il bura şəhər karnavalında iştirak üçün dünyanın müxtəlif yerlərindən 500 000 turist ziyarət edir.

Polis insidentlə bağlı araşdırma aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR