Bank Of Baku

Vaşinqtonda qar azərbaycanlı tələbə üçün problem yaradıb

Vaşinqtonda qar azərbaycanlı tələbə üçün problem yaradıb
# 12 fevral 2010 03:19 (UTC +04:00)
Bakı-APA. Amerikada yağan güclü qar bir çox şəhərlərdə, o cümlədən paytaxt Vaşinqtonda iflic vəziyyəti yaradıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, artıq 4 gündür ki, hökumət idarələri bağlı qalıb.

Gələn bazar ertəsi Vaşinqton, Baltimor və Filadelfiyada daha bir güclü qar çovğunun olacağı gözlənilir.

Aeroportlar bağlanıb, minlərlə uçuş təxirə salınıb. Yalnız dünən Nyu-York və Vaşinqton arasında uçuşların bərpa olunduğu xəbər verilir.

Məktəblər və univeristetlər də fəaliyyətini dayandırıb. Vaşinqtonda yaşayan və Merilend Universitetində təhsil alan azərbaycanlı tələbə Şəhla Əliquliyeva da digərləri kimi güclü qar ucbatından problemlərlə üzləşib.

Şəhla Əliquliyeva artıq 4 gündür ki, təhsil aldığı universitetin bağlı olduğunu və müəllimlərilə elektron poçtu vasitəsilə əlaqə saxladığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR