Bank Of Baku

Obama «Katrina» qasırğasından sonrakı bərpa işlərinə $1,5 mlrd. dollar vəsait istəyib

Obama «Katrina» qasırğasından sonrakı bərpa işlərinə $1,5 mlrd. dollar vəsait istəyib
# 13 fevral 2010 01:11 (UTC +04:00)
Bakı-APA. ABŞ administrasiyası Konqresdən ölkədə baş vermiş sellərin, habelə 2004-cü ildə Nyu Orleanı tamamilə darmadağın etmiş Katrina qasırğasının nəticələrinin aradan qaldırılması məqsədilə 1,5 milyard vəsait istəyib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bununla bağlı ABŞ prezidenti Barak Obama cümə günü Konqresin nümayəndələr palatasının spikeri Nensi Pelosiyə məktub ünvanlayıb.

Xatırladaq ki, "Katrina" qasırğası 836 nəfərin həyatına son qoyaraq Nyu Orlean şəhərini demək olar ki tamamilə dağıdıb. Təbii fəlakət zamanı şəhərdə hərc-mərclik baş aldığından zərərçəkmişlərə yardım gec çatdırılıb.

Ölkənin keçmiş administrasiyası şəhərin bərpası və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında kifayət qədər fəallıq göstərmədiyinə görə dəfələrlə tənqidə məruz qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR