Bank Of Baku

Obama müsəlman Rəşad Hüseyni Ağ Evin İslam Konfransı Təşkilatındakı nümayəndəsi təyin edib

Obama müsəlman Rəşad Hüseyni Ağ Evin İslam Konfransı Təşkilatındakı nümayəndəsi təyin edib
# 13 fevral 2010 21:08 (UTC +04:00)
Bakı – APA. ABŞ prezidenti Barak Obama bir vaxtlar Ağ Ev administrasiyasında vəkil kimi çalışan müsəlman Rəşad Hüseyni özünün İslam Konfransı Təşkilatındakı xüsusi nümayəndəsi təyin edib. Harvard və Yel Universitetlərinin məzunu olan Rəşad Hüseyn gənc olmasına baxmayaraq indiyə qədər Ağ Evdə artıq bir neçə yüksək vəzifə dəyişib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, Obama bu gözlənilməz təyinatı Qətərin paytaxtı Doha şəhərində keçirilən ABŞ-İslam Beynəlxalq Forumuna video müraciətində elan edib.

Qeyd edək ki, Rəşad Hüseyn bundan əvvəl Ağ Ev administrasiyasının milli təhlükəsizlik məsələləri üzrə şurasının direktor müavini vəzifəsində çalışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR