Bank Of Baku

ABŞ Dövlət departamenti Suriya ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan edir

ABŞ Dövlət departamenti Suriya ilə münasibətləri normallaşdırmaq istədiyini bəyan edir
# 14 fevral 2010 00:36 (UTC +04:00)
Bakı-APA. Suriyada yeni ABŞ səfirinin təyin olunması Birləşmiş Ştatların iki ölkə arasında konstruktiv əlaqə qurmaq istəyini nümayiş etdirir. APA-nın məlumatına görə, ABŞ Dövlət katibinin köməkçisi Filipp Krouli belə bir bəyanatla çıxış edib.

Xatırladaq ki, gələn həftə dövlət katibinin müavini Bill Berns Dəməşqə gələcək. Səfər zamanı Berns Suriya prezidenti Bəşər Əsədlə görüşəcək.

Məlum olduğu kimi, ABŞ 2005-ci ildə Livanın baş naziri Rafiq Həriri öldürüldükdən sonra Suriyadakı səfirini geri çağırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR