Bank Of Baku

Qərb ölkələri İranı insan hüquqlarının pozulmasına görə tənqid edir

Qərb ölkələri İranı insan hüquqlarının pozulmasına görə tənqid edir
# 15 fevral 2010 23:14 (UTC +04:00)
Bakı-APA. Qərbin qüdrətli dövlətləri İranda insan haqlarının pozulması halları ilə bağlı narahatlıqlarını ifadə edərək, keçən il prezident seçkisindən sonra baş vermiş zorakılıqlarla bağlı beynəlxalq təhqiqatın aparılmasına çağırır.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə,
BMT-nin İnsan Hüquqları Şurasının İranda insan haqlarının vəziyyətinin müzakirəsi ilə bağlı ilk iclasında Fransa səfiri Jan Baptist Mattey deyib ki, İran öz xalqına qarşı qanlı repressiya keçirib.

Fransa, Britaniya və ABŞ-ın səfirləri bildiriblər ki, onlar İranın vətəndaşlara qarşı zorakı təqiblərlə bağlı beynəlxalq təhqiqat aparılmasını qəbul etməsini istəyirlər.

İran bu narahatlıqları rədd edərək, qərbin qüdrətli dövlətlərini insan hüquqlarından “siyasi alət” kimi istifadə etməkdə ittiham edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR