Bank Of Baku

ABŞ nüvə enerjisi istehsalını artırmağı planlaşdırır

ABŞ nüvə enerjisi istehsalını artırmağı planlaşdırır
# 16 fevral 2010 23:31 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama bildirib ki, son 30 ildə ölkədə ilk nüvə elektrik stansiyasının inşası üçün vəsait ayrılması xarici neftdən asılılığın azaldılması səylərinin başlanğıcıdır.

APA-nın ’’Amerikanın Səsi’’nə istinadən verdiyi məlumata görə, prezident Obama Corciya ştatının Atlanta şəhərində iki yeni nüvə reaktorunun inşası üçün hökumətin 8 milyard dollar məbləğində kredit ayırdığını elan edib.

Vaşinqton yaxınlığında treyninq mərkəzində danışan cənab Obama deyib ki, ABŞ təmiz enerji yaradaraq, xarici neft idxalından asılılığı azaltmaq üçün daha çox iş görməlidir. O xəbərdarlıq edib ki, Çin də daxil olmaqla, başqa ölkələr nüvə enerjisi sahəsinə investisiyaları artırıb və ABŞ-ın bu sahədə geri qala bilmək təhlükəsi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR