Bank Of Baku

Hillari Klinton ABŞ-ın diqqətini İranın İnqilab Qvardiyasına qarşı sanksiyalara yönəltdiyini deyib

Hillari Klinton ABŞ-ın diqqətini İranın İnqilab Qvardiyasına qarşı sanksiyalara yönəltdiyini deyib
# 17 fevral 2010 00:11 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Birləşmiş Ştatların diqqətini İran İnqilab Qvardiyasına qarşı sanksiyalara yönəltdiyini bəyan edib. Onun fikrincə, bu qrup təhlükəsizlik, siyasi və iqtisadi qərarların qəbul edilməsində getdikcə daha çox fəallıq göstərir.

APA-nın məlumatına görə, ’’Amerikanın Səsi’’nə müsahibəsində xanım Klinton İnqilab Qvardiyasının səlahiyyətləri çoxaldıqca İranın daha aqressiv və repressiv bir dövlətə çevrildiyini bildirib. Xanım Klinton bu cərəyanın prezident Mahmud Əhmədinejadın yenidən prezident seçilməsindən qaynaqlandığına işarə edib.

Nüvə məsələsinə gəldikdə dövlət katibi Klinton bildirib ki, ABŞ heç zaman uzadılmış əlini geri çəkməyəcək, lakin İran ilk öncə öz yumruğunu açmalıdır. Onun sözlərinə görə, dünya qüdrətləri İrana onun nüvə proqramı ilə bağlı təzyiqlər göstərmək və sanksiyalar tətbiq etmək üzərində razılaşıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR