Bank Of Baku

Türkiyə XİN rəsmisi Vaşinqtonda «erməni soyqırımı» qətnaməsinə dair danışıqlar aparır

Türkiyə XİN rəsmisi Vaşinqtonda «erməni soyqırımı» qətnaməsinə dair danışıqlar aparır
# 17 fevral 2010 03:47 (UTC +04:00)
APA-nın Today’s Zaman-a istinadən verdiyi məlumata görə, görüşlərdə türk diplomat Qafqaz və Balkanlardakı prosesləri müzakirə edəcək.

Daha öncə Feridun Sinirlioğlu İsveçrədə olaraq rəsmi Bernə Türkiyənin Ermənistan Konstitusiya məhkəməsinin Ermənistan-Türkiyə protokolları barədə qərarından duyduğu narahatlığı çatdırıb.

Türk diplomatının səfəri ABŞ Nümayəndələr palatasının xarici əlaqələr komitəsi sədrinin martın 4-də «erməni soyqırımı»na dair qətnamənin səsverməyə çıxarılacağı barədə bəyanatından sonraya təsadüf edir.

Vaşinqtondakı görüşlər zamanı Türkiyə XİN nümayəndəsi Amerika tərəfinə Ankaranın qətnamə ilə bağlı narahatlıqlarını çatdıracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR