Bank Of Baku

Obama kosmik proqrammı bundan sonra da davam etdirmək niyyətindədir

Obama kosmik proqrammı bundan sonra da davam etdirmək niyyətindədir
# 18 fevral 2010 04:37 (UTC +04:00)
Bakı-APA. ABŞ Prezidenti Barak Obama ölkənin kosmik proqramını inkişaf etdirmək niyyətində olduğunu bildirib.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, fevralın 1-də Ağ Ev tərəfindən təklif olunmuş büdcə layihəsində astronavtların Aya və Marsa göndərilməsindən imtina edilməsi nəzərdə tutulur. Bu isə ABŞ-da ölkənin kosmik proqramının gələcəyi barədə müəyyən təşviş doğurub.

Çərşənbə günü Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan amerikalı, rusiyalı və çinli kosmonavtlara, habelə «Endeavour» kosmik gəmisinin göyərtəsində olan astronavtlara müraciətində Barak Obama bildirib ki, kosmosun mənimsənilməsinə dair layihələrin inkişaf etdirilməsi niyyətindədir.

"Mənim NASA-ya sədaqətim dəyişməz olaraq qalacaq", - deyə prezident bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR