Bank Of Baku

ABŞ-da təyyarə partlayış təhlükəsinə görə təcili yerə enib

ABŞ-da təyyarə partlayış təhlükəsinə görə təcili yerə enib
# 18 fevral 2010 21:21 (UTC +04:00)
Bakı-APA. Denverdən (Kolorado ştatı) San-Fransiskoya (Kaliforniya ştatı) uçan «United Airlines» şirkətinə məxsus sərnişin təyyarəsi Solt-Leyk-Siti (Yuta ştatı) hava limanında təcili yerə enib. Enmənin səbəbi təyyarədəki partlayış təhlükəsi olub.

APA-nın məlumatına görə, sərnişinlər və heyət dərhal təyyarəni tərk ediblər. Bu barədə hava limanının rəsmi nümayəndəsi Barbara Qann xəbər verib. Onun sözlərinə görə, uçuş zamanı stüard içində hədə-qorxu olan kağız parçası taparaq onu pilota verib. Pilot hədə-qorxunu real təhlükə sayaraq yaxınlıqdakı hava limanına təcili enmək üçün müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR