Bank Of Baku

Prezident Obama Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb

Prezident Obama Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb
# 18 fevral 2010 22:40 (UTC +04:00)
Bakı-APA. Çin Hökumətinin etirazlarına baxmayaraq, Birləşmiş Ştatlar prezidenti Barak Obama bu gün Ağ Evdə Tibetin ruhani lideri Dalay Lama ilə görüşüb. APA-nın voanews.com-a istinadən verdiyi məlumatda Barak Obamanın Vaşinqtona dünən gələn Dalay Lamanı adətən prezidentin rəsmi görüşlər keçirdiyi Oval Ofisdə deyil, Ağ Evdəki Xəritə Otağında qəbul etdiyi deyilir. Ağ Evin sözçüsünün dediyinə görə, orada şəkillər çəkmək üçün jurnalistlərin daxil olmasına icazə verilməyib. Lakin o, Ağ Evin görüşdən bir şəkil açıqlayacağını deyib.

ABŞ prezidentinin Dalay Lama ilə görüşməsi xəbəri Çini hiddətləndirmiş və keçən həftə Çin təcili olaraq bu görüşün təxirə salınmasına çağırmışdı. Çinin Xarici İşlər Nazirliyinin sözçüsü bu görüşün Çinlə Amerika arasında artıq ABŞ-ın Tayvana silah satması planı və Çində internetə senzura kimi məsələlərlə bağlı gərginləşən münasibətlərin daha da mürəkkəbləşəcəyini demişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR