Bank Of Baku

ABŞ-da təyyarəsini Vergilər xidmətinin binasına çırpan pilot məmurlardan qisas almaq istəyib

ABŞ-da təyyarəsini Vergilər xidmətinin binasına çırpan pilot məmurlardan qisas almaq istəyib
# 19 fevral 2010 01:12 (UTC +04:00)
Bakı-APA. Birmühərrikli təyyarədə ABŞ-ın Texas ştatının Ostin şəhərindəki Daxili gəlirlər (Vergilər) xidmətinin (Internal Revenue Service - IRS) yeddi mərtəbəli binasına çırpılmış proqramçı Endryu Stek (Andrew Stack) bu idarənin əməkdaşlarından qisas almaq məqsədilə bu addımı atıb.

APA-nın məlumatına görə FTB əməkdaşları Stekin İnternet saytında dərc olunmuş müraciətini oxuyandan sonra bu qərara gəliblər. Hazırda sayt baş verən hadisəylə bağlı oflayn rejiminə keçirilib.

Xatırladaq ki, təyyarənin Daxili gəlirlər xidmətinin (Internal Revenue Service - IRS) binasına çırpılması nəticəsində hadisənin törədən Stek həlak olub, IRS işçilərindən biri isə İtkin düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR