Bank Of Baku

Nyu-Yorkun keçmiş polis rəisi 4 il müddətinə azadlıqdan məhrum edilib

Nyu-Yorkun keçmiş polis rəisi 4 il müddətinə azadlıqdan məhrum edilib
# 19 fevral 2010 03:43 (UTC +04:00)
Bakı-APA. Nyu-Yorkun keçmiş polis rəisi Bernard Kerik Ağ Evi aldatdığına, vergi və digər cinayətlərinə görə 4 il müddətinə azadlıqdan məhrum edilib.

APA-nın məlumatına görə, Kerik ittihamın bütün 8 maddəsi üzrə öz günahını boynuna alıb və bununla ona qarşı irəli sürülmüş 61 illik həbs cəzasından yaxasını qurtarıb.

Bernard Kerik 2000-2001-ci illərdə Rudolf Culianinin mer olduğu dövrdə Nyu-Yorkun polis rəisi olub. Kerik 2001-ci il 11 sentyabr hadisələrindən sonra məşhurlaşıb. O zaman mətbuat onun ekstremal vəziyyətdəki fəaliyyətin müsbət qiymətləndiriblər. 2004-cü ildə prezident Corc Buş Kerikin namizədliyini mili təhlükəsizlik naziri vəzifəsinə irəli sürsə də sonuncu bu vəzifəni tuta bilməyib. 2007-ci ildə Kerikə qarşı vergidən yayınma maddəsi üzrə ittihamlar irəli sürülüb və o 2009-cu ildə həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR