Bank Of Baku

Barak Obama səhiyyə islahatları planını Konqresdə yenidən keçirməyə çalışır

Barak Obama səhiyyə islahatları planını Konqresdə yenidən keçirməyə çalışır
# 21 fevral 2010 01:33 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama keçən il səhiyyə islahatlarına dair qanunvericiliyin hazırlanması baş tutmayandan sonra indi yenidən Konqres vasitəsilə planın təsdiq edilməsinə çalışır.

APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, Bu gün Amerika xalqına radio və internetdə yayımlanan həftəlik müraciəti zamanı Obama hər iki siyasi partiyanın üzvlərini gələn həftə məsələ ilə bağlı müzakirələrdə bir olmağa çağırıb.

O deyib ki, bu iclas hökumətin bir problemi həll edə bilməsi deyil, hər hansı bir problemi həll edə bilməsi üçün bir testdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR