Bank Of Baku

Latın Amerikası və Karib hövzəsi ölkələri ABŞ-sız alyans yaradırlar

Latın Amerikası və Karib hövzəsi ölkələri ABŞ-sız alyans yaradırlar
# 24 fevral 2010 00:24 (UTC +04:00)
Bakı-APA. Latın Amerikası və Karib hövzəsi ölkələrinin liderləri Seksikanın Kankun şəhərində keçirilən sammitdə ABŞ və Kanadanın daxil olmayacağı yeni siyasi təşkilat yaratmaq qərarına gəliblər.

APA-nın məlumatına görə, Meksika prezidenti Felipe Kalderon yeni təşkilat Latın Amerikası və Karib hövzəsi ölkələri birliyi adlanacaq. Meksika lideri 2011-ci ildə Venesuelada keçiriləcək yeni sammitədək təşkilatın nizamnamə və fəaliyyət mexanizminin hazırlanacağını bildirib.

Amerika Dövlətləri təşkilatına yeni siyasi alternativ yaratmaq ideyası Meksika prezidenti Felipe Kalderona məxsusdur. Kuba Dövlət Şurasının sədri Raul Kastro isə bu hadisəni «tarixi» adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR