Bank Of Baku

Koloradoda məktəbdə atışma nəticəsində 2 yeniyetmə yaralanıb

Koloradoda məktəbdə atışma nəticəsində 2 yeniyetmə yaralanıb
# 24 fevral 2010 01:31 (UTC +04:00)
Bakı – APA. Koloradoda məktəbdə baş verən atışma zamanı 2 yeniyetmə yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Hüquq mühafizə orqanlarinin dediyinə görə, atışma Kolorado ştatının Litlton rayonu ərazisində yerləşən Didl Krik adlı orta məktəbdə baş verib. Atışma nəticəsində iki gənc yaralanıb.

Şübhəli bilinən şəxsin və ya yaralanların məktəbli olub-olmaması hələ müəyyən edilməyib. Məktəbdə istintaq işləri aparıldığından şagirdlər müvəqqəti olaraq qonşu məktəbdə oxuyacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR