Bank Of Baku

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədəki vəziyyətlə bağlı xəbərdarlıq edib

Dövlət Departamenti ABŞ vətəndaşlarına Türkiyədəki vəziyyətlə bağlı xəbərdarlıq edib
# 20 mart 2010 09:47 (UTC +04:00)
APA-nın Vaşinqton müxbirinin məlumatına görə, səfərlərlə bağlı 2010-cu il martın 19-da edilən xəbərdarlığın müddəti aprelin 30-a qədərdir.

Xəbərdarlıqda bildirilir ki, Türkiyədəki ABŞ vətəndaşları xüsusilə “Amerika get, bu bizim ölkəmizdir” kampaniyasının aparıldığı bir vaxtda və terrorçu təşkilat kimi tanınan İnqilabi Xalq Qurtuluş Partiyası/Cəbhəsinin (Devrimçi Halk Kurtuluş Partisi/Cebhesi) yaradılmasının ildönümü ilə bağlı keçiriləcək tədbirlər zamanı ayıq olmalıdırlar: “Türkiyədəki Amerikan və Türk-Amerikan mədəniyyət və ticarət müəssisələrinə qarşı aksiyalar keçirilə bilər. Biz ABŞ vətəndaşlarına xatırladırıq ki, çox ayıq olsunlar və öz təhlükəsizliklərini gücləndirmək üçün lazımi tədbirlər görsünlər”.

Bundan əlavə, ABŞ vətəndaşlarına martın 21-də Novruz bayramı ilə əlaqədar da xəbərdarlıq edilir. Xəbərdarlıqda bildirilir ki, əvvəllər bu tarixdə Türkiyədə etiraz aksiyaları keçirilib, yenə də keçirilə bilər.

“Dövlət Departamenti Türkiyəyə səfər edən və ya orada yaşayan ABŞ vətəndaşlarını mümkün nümayişlərdən və böyük toplantılardan uzaq olmağa çağırır. Dinc nümayişlər qarşıdurmaya və zorakılığa çevrilə bilər. ABŞ vətəndaşlarını nümayiş keçirilən ərazilərdən mümkün qədər uzaq durmağa çağırırıq. Ermənilərin tez-tez olduğu ərazilərdə xüsusilə ehtiyatlı olmaq lazımdır”, - deyə xəbərdarlıq bildirilir.

Lakin ABŞ-dakı türk diasporu bu xəbərdarlıqları əsassız hesab edir. “Türkiyədə vəziyyət tamamilə təhlükəsizdir”, - deyə türk diasporunun nümayəndəsi Ahmet Günay APA-nın Vaşinqton müxbirinə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR