Bank Of Baku

Təyyarə yaşayış massivinə düşüb

Təyyarə yaşayış massivinə düşüb
# 22 mart 2010 09:51 (UTC +04:00)
Bakı - APA. Martın 21-də axşam saatlarında Venesuelanın şimalında kiçik təyyarə eniş zamanı yaşayış massivinə düşüb. APA xəbər verdiyi kimi, qəza zamanı təyyarədə yalnız pilot olub ki, hadisə nəticəsində ondan başqa yaşayış massivində 5 nəfər, o cümlədən 2 uşaq və iki hamilə qadın həlak olub. Daha bir hamilə qadın xəsarət alıb və onun üzərində cərrahiyə əməliyyatı aparılıb.

Qəzaya uğramış təyyarə yaxınlıqdakı aviaməktəbin aerodromundan havaya qalxıb və bir müddət sonra pilot mühərrikdə olan nasazlıq barədə dispetçerlərə məlumat verib. Eniş zamanı isə təyyarə binaların üstünə düşərək yanıb, nəticəsində üç yaşayış evi tamamilə dağılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR