Bank Of Baku

ABŞ-la Pakistan arasında Strateji Dialoq çərçivəsində danışıqlar keçirilir

ABŞ-la Pakistan arasında Strateji Dialoq çərçivəsində danışıqlar keçirilir
# 25 mart 2010 00:41 (UTC +04:00)
Bakı-APA. ABŞ dövlət katibi Hillari Klinton Vaşinqtonun Pakistanla münasibətlərində yeni “günün başlanacağına” söz verib. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu barədə H.Klinton Pakistanla təhlükəsizlik və iqtisadi məsələlər ətrafında Vaşinqtonda nazirlər səviyyəsində keçirilən hərtərəfli danışıqların açılışında bildirib.

İlk Strateji Dialoq danışıqlarında xanım Klinton deyib ki, son illər tərəflər arasında münasibətlərdə anlaşılmazlıqların artdığı müşahidə olunur. Ancaq onun sözlərinə görə, rəsmilər bunları aradan qaldırmağa çalışır.

Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi bildirib ki, ABŞ və Pakistanın Sovet İttifaqına qarşı uğurlu əməkdaşlıq da daxil olmaqla, birgə məqsədlər uğrunda iş aparmasının uzun tarixi var. Lakin o deyib ki, son illər terrorçu hücumlarının qurbanları günahsız pakistanlılar olub və münaqişələr ölkə iqtisadiyyatına böyük zərər vurub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR