Bank Of Baku

Kolumbiyada törədilmiş terror aktı nəticəsində 9 nəfər həlak olub, 50 nəfər yaralanıb

Kolumbiyada törədilmiş terror aktı nəticəsində 9 nəfər həlak olub, 50 nəfər yaralanıb
# 25 mart 2010 06:54 (UTC +04:00)
APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, yerli polis bildirib ki, terror aktı yerli meriya və prokurorluq binalarının yaxınlığında saxlanmış minalanmış avtomobilin partladılması ilə törədilib.

Həlak olanlar arasında küçə ticarətçiləri, bir neçə polis və prokurorluq əməkdaşı, həmçinin jurnalistlər var. Partlayış nəticəsində daha 50 nəfər yaralanıb.

Partlayışa görə hələlik heç kim məsuliyyəti öz üzərinə götürməyib. Terror aktının təşkilatçıları haqqında məlumat verənlərə Kolumbiya hökuməti 300 milyon peso (155 min dollar) məbləğində mükafat vəd edib.

Qeyd edək ki, ilk olaraq terror aktının arxasında Kolumbiyanın Silahlı İnqilabçı Qüvvələrinin dayandığı versiyası irəli sürülüb. Bununla belə, hadisəni yerli narkotik qrupu tərəfindən öz liderlərindən birinin həbsinə görə qisas məqsədilə törədildiyi də istisna edilmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR