Bank Of Baku

Vaşinqtonda ABŞ-Pakistan strateji danışıqları davam edir

Vaşinqtonda ABŞ-Pakistan strateji danışıqları davam edir
# 26 mart 2010 00:15 (UTC +04:00)
Bakı-APA. ABŞ və Pakistan rəsmiləri Vaşinqtonda “ABŞ-Pakistan Strateji Dialoqu” adlanan forum çərçivəsində ikinci gündür ki, bir araya gəlirlər. Təmsilçilər dünən xeyli proqresin əldə olunduğunu xəbər veriblər. APA-nın voanews.com-a istinadən verdiyi məlumata görə, bu gün onların enerji və su məsələləri, həmçinin ABŞ-ın inkişafa yardım proqramlarını müzakirə edəcəkləri gözlənilir. Dünən dövlət katibi Hillari Klinton və onun pakistanlı həmkarı Şah Mahmud Qureşi Pakistanın hərbi ləvazimat, enerji sənayesinə yardım, və iqtisadi stimula dəstək üçün müraciəti barədə danışıqlar aparmışdılar. Qureşi müzakirələrin uğurla keçdiyini və ABŞ-Pakistan əlaqələrinin əməkdaşlığa çevrilməsindən məmnun qaldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR