Bank Of Baku

100 ildən sonra mərcan adaları tamamilə yoxa çıxa bilər

100 ildən sonra mərcan adaları tamamilə yoxa çıxa bilər
# 27 mart 2010 03:36 (UTC +04:00)
Bakı-APA. Əgər qlobal istiləşmənin qarşısı alınması yaxın 100 il ərzində planetdəki mərcan adaları tamamilə məhv olub yoxa çıxa bilər. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Virciniya ştatındakı "Old Dominion" Universitetinin professoru Kent Karpenter bildirib.

ABŞ Milli Dünya Okeanı və Atmosferin Tədqiqi İdarəsinin məlumatlarına görə, hələ bir neçə əsr öncə mövcud olmuş mərcan adalarının 1/5-i artıq məhv olub. Məhv olmuş mərcan adalarının yarısı Karib dənizi hövzəsinin payına düşür. Hesablamalara görə, yaxın 20 il ərzində mərcan adalarının daha 15%-i məhv olma təhlükəsi qarşısındadır.

Qeyd edək ki, dünya okeanının bu möcüzəsi okean qidalanma zəncirində xüsusi əhəmiyyətə malikdir. Belə ki, qidalanmada istifadə olunan balıqların demək olar ki tən yarısı mərcan adalarında yaşayır. Buna görə də dünyada, xüsusilə də Asiyada yaşayan milyonlarla insanın həyatı məhz mərcan adalarında yaşayan balıqlardan asılıdır.

Mərcan adalarının məhv olmasının əsas səbəbləri istiləşmə, okeanın çirklənməsi və okean sahillərinin insanlar tərəfindən fəal sürətdə mənimsənilməsidir. Bundan əlavə, mərcanlardan hazırlanan suvenir və bəzək əşyaları sənayesinin də inkişafı bu adaların məhvinə şərait yaradır.

K.Karpenterin fikrincə, mərcan adalarının tam məhvi ümumilikdə dəniz ekoloji sistemində dəyişikliklərə gətirəcək. Bu isə bir sıra ölkələrdə aclıq və yoxsulluğa, bütün dünyada siyasi qeyri-sabitliyə gətirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR