Bank Of Baku

Hillari Klinton: Çin İrana qarşı mövqeyini dəyişir

Hillari Klinton: Çin İrana qarşı mövqeyini dəyişir
# 31 mart 2010 02:22 (UTC +04:00)
Bakı-APA. Çin tədricən İrana qarşı nüvə ambisiyalarına görə daha sərt mövqe tutmağa yaxınlaşır. APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Katibi Hillari Klinton Kanada telekanalına verdiyi müsahibədə dilə gətirib.

Ottava şəhərində xanım Klinton 8 ən varlı dövlətin xarici işlər nazirlərinin sammitində iştirak edib. BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya İranla uzun müddətdir ki, nüvə proqramı üzrə danışıqlar aparırlar. Qərbli müttəfiqlər Tehrana qarşı əlavə sanksiyaların tətbiqini israr etsə də Çin indiyədək bunun əleyhinə çıxmış və dialoq tərəfdarı olduğunu bildirib.

Klintonun sözlərinə görə indi rəsmi Pekin Amerikanın baxışını paylaşır ki, “nüvə silahlı İran qəbuledilməzdir.”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR