Bank Of Baku

Obama: İrana qarşı sanksiyalar yaxın vaxtlarda tətbiq edilməlidir

Obama: İrana qarşı sanksiyalar yaxın vaxtlarda tətbiq edilməlidir
# 31 mart 2010 04:24 (UTC +04:00)
Bakı-APA. ABŞ prezidenti Barak Obama İrana qarşı beynəlxalq sanksiyalar rejiminin yaxın həftələrdə tətbiq olunacağına ümid edir. APA-nın vz.ru saytına istinadən verdiyi xəbərə görə, bu barədə Obama fransalı həmkarı Nikolya Sarkozi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

«Mən beynəlxalq sanksiyalar rejiminin tətbiq olunmasını aylarla gözləmək fikrində deyiləm. Mən bunun yaxın həftələrdə baş verməsini istərdim», - deyə prezident bildirib.

Obama qeyd edib ki, son zamanlar ABŞ beynəlxalq tərəfdaşlarla, o cümlədən «qəti addımlar atılmasında daha çox qətiyyətsizlik göstərənlərdən biri olan» Rusiya ilə bu istiqamətdə aktiv iş aparır və onları İrana qarşı fəaliyyətin zəruriliyinə inandırmağa çalışır.

«Artıq qərar qəbul etmək vaxtıdır», - deyə öz növbəsində Nikolya Sarkozi də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR