Bank Of Baku

ABŞ: Çin İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyə bilər

ABŞ: Çin İrana qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyə bilər
# 01 aprel 2010 01:12 (UTC +04:00)
Bakı-APA. Ağ Evin mətbuat katibinin müavini Bill Berton bildirib ki, ABŞ rəhbərliyi nüvə proqramını dayandırmaq üzrə İrana qarşı sanksiyaların sərtləşdirilməsinə dair Çini razı sala biləcəyinə əmindir.

«Çinlilər bilir ki, Yaxın Şərqdə nüvə silahlanması onların maraqlarında deyil. Biz əminik ki, İrana qarşı məqsədyönlü təzyiq yoluyla irəliləmənin lazımlığına dair Çinlə razılığa gələ biləcəyik», deyə o qeyd edib.

APA-nın məlumatına görə, ABŞ Prezidenti Barak Obama İrana qarşı yeni sanksiyaların «bu yazda» tətbiq olunacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, ABŞ Yaxın Şərdə nüvə silahlanmasını görmək istəmir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR