Bank Of Baku

ABŞ Venesuelanın Rusiyadan silah almasından narahatdır

ABŞ Venesuelanın Rusiyadan silah almasından narahatdır
# 01 aprel 2010 04:45 (UTC +04:00)
Bakı-APA. ABŞ hökuməti Venesuelanın Rusiyadan silah alması ilə əlaqədar olaraq narahatçılığını ifadə edir, lakin Venesuelanın sərbəst qərar qəbul etmək hüququnu tanıyır.

Rusiyanın Baş naziri Vladimir Putin cümə axşamı Karakasa ilk səfərini edəcək. Burada o aprelin 2-də Venesuela Prezidenti Uqo Çaves ilə danışıqlarda hərbi-texniki əməkdaşlıq məsələsini, 2,2 milyard dollar həcmdə kreditin verilməsi imkanlarını və həmçinin energetika və ticari-iqtisadi əlaqələr məsələsini müzakirə edəcək.

Çavesin sözlərinə görə, Venesuela Rusiyadan 92 ədəd T-72 tankı alacaq.

«Mən hesab edirəm ki, biz artıq Venesuelanın bu cür silahlar əldə etməsi ilə əlaqədar olaraq narahatçılığımızı bildirmişik», ABŞ Dövlət departamentinin nümayəndəsi Mark Toner deyib.

Bununla yanaşı o vurğulayıb ki, hər bir ölkənin müdafiə sistemi almağa dair sərbəst qərar vermək hüququ var.

Venesuela Prezidenti Çavesin ötən ilin sentyabrında Moskvaya səfəri zamanı Rusiya texnikasının əldə edilməsi üçün Venesuelaya 2,2 milyard dollar həcmində kredit ayrılması barədə razılıq əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR