Bank Of Baku

Meksikanın Syudad-Xuares şəhərindəki gecə barında 8 nəfər qətlə yetirilib

Meksikanın Syudad-Xuares şəhərindəki gecə barında 8 nəfər qətlə yetirilib
# 28 aprel 2010 23:04 (UTC +04:00)
APA-nın məlumatına görə, şəhərin hüquq-mühafizə orqanlarından bildirilib ki, həlak olanların hamısı yerli narkoqrupun üzvləridir. Həmin şəxsləri onlarla düşmənçilik edən digər mütəşəkkil cinayətkar dəstənin üzvləri qətlə yetiriblər.

Şahidlərin sözlərinə görə, bara basqın edənlər 20 nəfər olublar. Onların öldürdükləri şəxsləri yaxşı tanıdıqları bildirilir. Çünki bardakı digər şəxslər arasında zərərçəkən olmayıb.

Cinayətkarlar hadisə yerindən qaçıblar.

Qeyd edək ki, Meksikanın şimalında, ABŞ-la sərhəddə yerləşən Syudad-Xuares dünyanın ən kriminogen şəhəri sayılır. Rəsmi məlumatlara görə, təkcə son iki həftədə bu şəhərdə 138 nəfər öldürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR