Bank Of Baku

Somali dəniz quldurları məhkəmədə günahlarını boyunlarına almayıblar

Somali dəniz quldurları məhkəmədə günahlarını boyunlarına almayıblar
# 01 may 2010 03:45 (UTC +04:00)
Bakı-APA. ABŞ HDQ-nin Somali sahillərində ələ keçirdiyi 9 dəniz qulduru Virciniya ştatının Norfolk şəhərində məhkəmə qarşısında dayanıblar. Keçirilmiş məhkəmə iclasında quldurlar özlərini deyilən cinayətlərdə müqəssir bilməyiblər. Növbəti məhkəmə dinləməsi bu ilin iyuluna təyin olunub.

Müttəhimlərin vəkilləri onlara işlə tanış olmaq üçün az vaxt verildiyini bildiriblər. Bundan əlavə, quldurlardan heç biri ingiliscə nə başa düşür, nə də danışa bilir. Ünsiyyət tərcüməçilər vasitəsilə həyata keçirildiyindən məhkəmənin vaxtı uzanır.

Dəniz quldurları martın 31-i ABŞ-ın «Nikolas» freqatı tərəfindən ələ keçiriliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR