Bank Of Baku

“Honda” ABŞ-dan 167 min maşını təmir üçün geri qaytarır

“Honda” ABŞ-dan 167 min maşını təmir üçün geri qaytarır
# 01 may 2010 08:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Yaponiyanın “Honda” konserni ABŞ bazarından 167 min avtomobili sükan hidrogücləndiricisi qüsurunu aradan qaldırmaq məqsədi ilə geri qaytarmaq qərarına gəlib.

APA-Economics”in məlumatına görə, “Honda” rəhbərliyi Tokio kütləvi informasiya vasitələrinə verdiyi məlumatda bildirib ki, qüsur ABŞ-da satılan 2004-2008-ci illərdə istehsal olunmuş biznes sinfinə aid olan Sedan “Acura TSX”larda aşkar edilib.
Bu avtomobillərin təmiri şirkət hesabına həyata keçiriləcək və təmirə sükanın hidrogücləndiricisinin şlanqının, hidravlik mayenin və bərkidici halqanın dəyişdirməsi daxildir. Ekspertlərin rəyinə görə, bu qüsur hidravlik mayenin axması nəticəsində yanğına səbəb ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR