Bank Of Baku

Fransanın “Tonnerre” hərbi gəmisi pirat bazasını məhv edib

Fransanın “Tonnerre” hərbi gəmisi pirat bazasını məhv edib
# 02 may 2010 02:50 (UTC +04:00)
Bakı-APA. Fransanın “Tonnerre” hərbi gəmisi piratların üzən bazasını məhv edərək piratçılıqla məşğul olmaqda şübhəli bilinən 11 nəfəri tutub. Bu barədə APA vesti.ru saytına istinadən xəbər verir.

Avropa Birliyi Hərbi-Dəniz Qüvvələrinin (HDQ) mətbuat xidmətinin məlumatına görə, Hind okeanı və Ədən körfəzində piratlarla mübarizə aparan İsveç patrul təyyarəsi Somalidən 450 mil şərqdə pirat bazası və iki qayıq aşkar edib. HDQ-nin komandanı İsveçlı kontr-admiral Yan Tornkvist pirat qrupunun daha yaxınlığında olan Fransız gəmisi “Tonnerre”yə pirat qrupunu tutmağı göstəriş verib.

“Tonnerre” şənbə günü səhər üzən bazanı aşkar edib və dərhal havaya qalxıb. Piratlar tutulduqlarını anlayan kimi silahları gəminin bortuna atmağa başlayıblar. Vertalyotun ekipajı hər şeyi lentə alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR