Bank Of Baku

Mahmud Əhmədinejad: İran uranın nüvə yanacağına dəyişdirilməsinə razıdır

Mahmud Əhmədinejad: İran uranın nüvə yanacağına dəyişdirilməsinə razıdır
# 03 may 2010 18:52 (UTC +04:00)
"İran həmişə uranın nüvə yanacağına dəyişdirilməsinə hazır olub və mən bir daha bəyan etmək istəyirəm ki, bu, İran üçün məqbuldur. Biz buna dair bütün təklifləri vermişik. İndi digər ölkələr bizim təklifləri qəbul etməlidirlər", - deyə Əhmədinejad bildirib.

Qeyd edək ki, tədbirin açılışında BMT-nin baş katibi Pan Gi Mun Tehranı bütün uran ehtiyatlarını nüvə yanacağına dəyişdirməyə çağırıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (MAQATE) İrana zəif zənginləşdirilmiş uranı Rusiya və Fransada istehsal olunan və nüvə silahının hazırlanması üçün istifadəyə yararsız olan nüvə yanacağına dəyişdirməyi təklif edib.

Onu da qeyd edək ki, İran liderinin çıxışı zamanı ABŞ, Fransa və Rusiyanın nümayəndə heyətləri Baş Assambleyanın iclas zalını tərk ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR