Bank Of Baku

Meksikaya məxsus gəminin göyərtəsində 2,4 ton kokain aşkar edilib

Meksikaya məxsus gəminin göyərtəsində 2,4 ton kokain aşkar edilib
# 04 may 2010 03:56 (UTC +04:00)
Bakı-APA. Meksika hərbi dəniz qüvvələri narkotik qaçaqmalçılığı ilə mübarizədə daha bir uğurlu əməliyyat həyata keçiriblər. APA-nın vesti.ru saytına istinadən verdiyi xəbərə görə, Meksika bayrağı altında üzən balıqçı gəmisinə Sakit okeanın neytral sularında baxış keçirilərkən göyərtədə 2,4 ton narkotik maddə olan kokain aşkar edilib.

Yerli hakimiyyət orqanlarının məlumatına görə, narkotik maddə gəminin yanacaq çəlləklərində gizlədilibmiş.

5 nəfərdən ibarət ekipaj üzvü olan gəmiyə kokainin Kolumbiyada yükləndiyi və Meksika vasitəsilə ABŞ-a göndərilməsi nəzərdə tutulduğu güman edilir.

Gəmi Meksikanın Oahaka ştatının Sakit okean sahilindəki Salina Krus limanına gətirilib.

Qeyd edək ki, Meksikada vaxtaşırı olaraq narkotiklər və narkomafiyaya məxsus külli miqdarda nağd pul kütləsi aşkar edilir. Ötən ay ölkənin müxtəlif limanlarında ümumilikdə 2,2 ton kokain aşkar edilib.
Ümumilikdə isə 2006-cı ilin dekabrından qaçaqmalçılardan 82,4 ton kokain müsadirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR