Bank Of Baku

Boliviya prezidentinin avtomobili oğurlanıb

Boliviya prezidentinin avtomobili oğurlanıb
# 05 may 2010 12:02 (UTC +04:00)
Bakı – APA. Boliviya prezidenti Evo Moralesin avtomobili oğurlanıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, “Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü paytaxt La-Pasın mərkəzində avtomobili saxlayaraq çörək almaq üçün bazara gedib. O, yaxınlıqda alverlə məşğul olan qarılardan maşına göz-qulaq olmalarını xahiş edib. Lakin sürücü bazadan çıxarkən avtomobilin orada olmadığını görüb. Şahidlər bildiriblər ki, sürücü avtomobildən düşən kimi başqa bir şəxs maşına əyləşərək oradan uzaqlaşıb. Polis oğrunu axtarır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR