Bank Of Baku

ABŞ Maliyyə nazirliyi haker hücumunun qarşısını ala bilmir

ABŞ Maliyyə nazirliyi haker hücumunun qarşısını ala bilmir
# 05 may 2010 23:48 (UTC +04:00)
Bakı-APA. ABŞ Maliyyə nazirliyi ötən həftə sonu sıradan çıxarılmış Pul əsginaslarının həkk edilməsi və çapı bürosunun İnternet-saytlarını bərpa edə bilmir. Bu barədə Büro rəsmisi Klodia Dikkens məlumat verib.

«Cinayətkarlar Büronun istifadə etdiyi serverin sahibi olan provayderin kompüter sistemini sındırıblar və nəticədə bizim 4 saytımız sıradan çıxıb», deyə o bildirib.

Qeyd edək ki, hakerlərin izləri Ukraynaya aparır. Büronun saytına girmək istəyənlər avtomatik olaraq Ukrayna saytlarından birinə yönləndirirlər. Sonuncu sayt isə virusa yoluxub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR