Bank Of Baku

İranın XİN rəhbəri ilə BMT TŞ-nın üzvlərinin görüşündə sanksiyalar müzakirə olunmayıb

İranın XİN rəhbəri ilə BMT TŞ-nın üzvlərinin görüşündə sanksiyalar müzakirə olunmayıb
# 07 may 2010 04:27 (UTC +04:00)
Bakı-APA. İranın xarici işlər naziri Məniçöhr Möttəki ilə BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin diplomatları arasında cümə axşamından cümə gününə keçən gecə Nyu-Yorkda keçirilən görüş zamanı İrana qarşı sanksiya tətbiq edilməsi məsələsi müzakirə olunmayıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bunu Yaponiyanın BMT-dəki daimi nümayəndəsi Yuki Takaso jurnalistlərə deyib.
“Biz danışıqlar aparmadıq, sadəcə ideya mübadiləsi apardıq. Sanksiya barədə söhbət getməyib, lakin danışıq açıq keçirildi. Mühüm olan odu ki, BMT Təhlükəsizlik Şurasına üz olan demək olar ki, bütün ölkələr iştirak etdi”, - deyə Yaponiyalı diplomat deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR