Bank Of Baku

Sabiq müdafiə naziri həbs olunub

Sabiq müdafiə naziri həbs olunub
# 08 may 2010 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Venesuelanın keçmiş müdafiə naziri, istefada olan general Raul İsays Baduel 7 il 11 ay müddətinə həbs cəzası alıb. APA-nın məlumatına görə, keçmiş müdafiə naziri ölkə prezidenti Uqo Çavesi tənqid etməsi ilə məşhurdur.

R.İ.Baduel səlahiyyətindən sui-istifadə etməsi və oğurluqda ittiham olunur. İşin digər fiqurantı olan polkovnik Ernan Medina Marval isə 8 il 11 ay müddətinə həbs olunub. Ümumilikdə, keçmiş nazir 2006-2007-ci illərdə 18,6 mln. dollar həcmində vəsaiti oğurlamaqda ittiham olunur.

Qeyd edək ki, ölkə prezidentini kəskin tənqid edən və müxalifətə keçən eks-nazir günahsız olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR