Bank Of Baku

Obama: ABŞ-Əfqanıstan hökumətlərarası gərginliyi şişirdilib

Obama: ABŞ-Əfqanıstan hökumətlərarası gərginliyi şişirdilib
# 12 may 2010 21:35 (UTC +04:00)
Бакы-АПА. ABŞ prezidenti Barak Obama, Əfqanıstan lideri Həmid Kərzai ilə arasındakı gərginliyin şişirdildiyini bildirib.

ABŞ hökumətilə son aylarda sərin görünən əlaqələri yenidən normallaşdırmaq üçün Vaşinqtona gələn Əfqanıstan prezidenti Kərzai ilə görüşən prezident Obama daha sonra keçirdikləri birgə mətbuat konfransında, ABŞ hökumətilə əfqan hökuməti arasındakı gərginliklərin böyük bir qisminin «şişirdildiyini» qeyd edib.

Əfqanıstanda daha yaxşı bir dövlət idarəetməsinə doğru irəliləmə qeyd edildiyini bildirən Obama Kərzai ilə «qarşıda hələ görülməsi lazım olan çox iş olması mövzusunda» anlaşdıqlarını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR