Bank Of Baku

Vudro Vilson Mərkəzinin Əhməd Davudoğluna mükafat təqdim etmək niyyəti erməni diasporunun narazılığına səbəb olub

Vudro Vilson Mərkəzinin Əhməd Davudoğluna mükafat təqdim etmək niyyəti erməni diasporunun narazılığına səbəb olub
# 13 may 2010 07:58 (UTC +04:00)
Vaşinqton. İzabel Levin-APA. Vaşinqtonda ABŞ Konqresi tərəfindən təsis edilmiş Vudrou Vilson Mərkəzi bu ilin iyununda Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluya mükafat verməyə hazırlaşır. APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bu mükafat adətən sülh və rifah naminə xidmət göstərən siyasətçilərə və digər şəxslərə verilir. Davudoğlunun Türkiyə siyasətində yaxşılığa doğru irəliləyişlərə nail olduğu üçün bu mükafata layiq görüldüyü bildirilir.

Bu fakt Vaşinqtondakı erməni diasporunu özündən çıxarıb. Onlar Vudro Vilson Mərkəzini həqiqəti görməməkdə günahlandırırlar. Ermənilərin fikrincə, Davudoğlunun belə bir mükafata layiq görülməsi ədalətsizlikdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR