Bank Of Baku

BMT iqlim təşkilatına kosta-rikalı diplomat başçılıq edəcək

BMT iqlim təşkilatına kosta-rikalı diplomat başçılıq edəcək
# 18 may 2010 01:08 (UTC +04:00)
Bakı-APA. BMT Baş katibi Pan Gi Mun BMT-nin iqlimin dəyişilməsi üzrə çərçivə konvensiyasının rəhbəri vəzifəsində kosta-rikalı diplomat Kristiana Figeyresi təyin edib. Figeyres Kioto protokolunu əvəz edəcək hərtərəfli iqlim sazişinə dair mürəkkəb beynəlxalq danışıqları koordinasiya etməlidir.

«Kristiana Figeyres qlobal iqlim dəyişikliyinə qarşı strategiyanın beynəlxalq lideridir, o bu vəzifədə öz işinə enerji, saziş iştirakçıları barədə dərin bilik və qeyri-kommersiya təşkilatları, biznes və cəmiyyətlə qarşılıqlı əlaqə sahəsində dəyərli təcrübə gətirəcək», deyə BMT Baş katibi bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR